Yuxuda ən çox nə görürsünüz?

20 2019 12:07

Bütün canlılar öz güclərini bərpa etmək üçün istirahətə ehtiyac duyurlar. İnsan və ya digər canlılar yatarkən hərəkətlər dayanır. Lakin daxili orqanların bir çoxu fəaliyyətinə davam edir. Yuxu haqqında alimlər, filosoflar bir çox araşdırmalar aparıblar. Son tədqiqatlar göstərir ki, hətta yuxu zamanı da beyin dincəlmir. Bədənimizdəki hücəyrələr biz oyaq olmadığımız halda da özünü bərpa etmək qabiliyyəti var. Ona görə insan yatarkən yorğunluq aradan qalxır.Bəzi insanlar isə yuxuda danışır, hətta hərəkət edir. Bu tibbdə somnambulizm adlanır. Yuxuda gördüklərimiz həddindən artıq tez bir zamanda baş verir. Araşdırmalara görə ən uzun görülən yuxunun müddəti təxminən 90 saniyədir.