Nəbatat bağına ekskursiya

21 2019 11:24

Dostlarımızla birlikdə Mərkəzi Nəbatat bağına ekskursiyaya gəlmişik. Məktəblilər ağaclar, bitkilərlə bağlı  öyrəndiklərini indi əyani şəkildə təbiət qoynunda qarşılaşdıracaqlar. Mərkəzi Nəbatat bağının aparıcı elmi işçisi, dosent Sadıq Qarayev dostlarımıza bələdçilik edir və onları maraqlandıran suallara cavab verir. İndi o uşaqlara burada qorunan nadir və nəsli kəsilməkdə olan bitkilər haqqında danışır.Mərkəzi Nəbatat bağı 1934-cü ildə yaradılıb. Sahəsi 41  hektara yaxındır.Dostlar, onu da deyim ki, Mərkəzi Nəbatat bağına ekskursiya zamanı bilməli olduğunuz bəzi qaydalar var.Məktəblilər Mərkəzi Nəbatat bağında əkilən yeni bitkilərlə tanış oldular. Şabalıdyarpaq palıd, nəhəng və ya məxməri ağcaqayın, Qafqaz əzgili və başqa bitkilər haqqında məlumat topladılar.