Uşaqları idmana həvəsləndirməyin yolları

21 2019 11:32

İdman uşaqların inkişafında böyük rol oynayır. İdmanla məşğul olmaq uşağı təkcə güclü, cəld və çevik etmir. O, fiziki inkişafı ilə yanaşı psixoloji inkişafı da gücləndirir. Hər hansı idman növü ilə məşğul olan uşaq mübarizə aparıb, qalib gəlməyi öyrənir. Lakin bəzən bütün uşaqlar idmana həvəs göstərmir. Peşəkar idmanla məşğul olmasa belə, uşağı sadə və gündəlik idmana öyrəşdirmək çox vacibdir. Süjetimizdə idmana başlamağın asan yolları illəri tanış olacaqsınız. Azyaşlıları idmana həvəsləndirmək üçün valideynlər uşaqla birlikdə sadə gimnastik hərəkətləri yerinə yetirə bilər. Əgər uşağın gələcəkdə professional idmançı olmasını istəyirsinizsə, bu zaman düzgün istiqamətləndirmə müsbət nəticə verə bilər. İstənilən idman növünə başlayarkən uşağın yaşı və fiziki göstəriciləri nəzərə alınmalı, mütləq sağlamlıq müayinəsindən keçirilməlidir. Uşağın seçim edilən idman növünə uyğun olub-olmadığına həkim tərəfindən qərar verilməlidir. Ən əsası isə uşağı sevmədiyi idman növünə yönəltmək olmaz. Əgər bir neçə məşqdən sonra idmanla məşğul olmaq istəmirsə, ilk öncə bunun səbəbini öyrənmək lazımdır. Ola bilər ki, bu idman növü uşaq üçün ağırdır və o bu idman növünə hazır deyil. Bəzən də uşaqlar tənbəllikdən idman etmək istəmirlər. Bu halda onlarla evdə məşq etməkdə fayda var. Azyaşlılar gözəl və dəbli idman geyiminə isə heç vaxt “yox” deməyəcək. Geyimi və idman aksessuarları onun idmana həvəsini artıracaq.