Uşaqlar arasında onurğa xəstəlikləri artıb

21 2019 11:35

Uşaqlar arasında onurğa əyriliyinə çox rast gəlinir. Bu da ondan irəli gəlir ki, azyaşlıların dayaq hərəkət sistemi kövrək və həssasdır.  Düzgün əyləşmədikdə, məktəbli çantası ağır olduqda onurğa sütununda əyilmələr yaranır.Bəs məktəblilər parta arxasında əyləşən zaman oturuş qaydasına əməl edirlərmi?Şagirdlər dərs müddətində 4-5 saat parta arxasında otururlar. Bəzən onlar çiyinlərini sallayaraq, sağa-sola əyilərək əyləşirlər. Bu da onurğanın əyri inkişaf etməsinə səbəb  olur. Həkimlər bildirir ki, onurğa problemi vaxtında aradan qaldırılmazsa bu bir çox problemlərə yol aça bilər. Dostlar, oturarkən masaya doğru çox əyilməyin. Çalışın arxalığı olan oturacaqlardan istifadə edin. Kitabla ilə göz arasında minimum 30 sm məsafə saxlanılmalıdır.  Dərslərinizi hazırlayarkən hər 15 dəqiqədən bir yüngül gimnastik hərəkətlər etməyiniz məsləhətdir.