Mütaliəni sevən məktəblilər hər zaman yeni əsərlər oxumağa çalışır. Həmin dostlarımıza xoş xəbərimiz var. Belə ki, Quba rayon Mərkəzi kitabxanasına yeni kitablar gətirilib. Təkcə bu ilin səkkiz ayı ərzində fonda 1216 nüsxə kitab daxil olub. Hazırda kitabxananın uşaq şöbəsinin fondunda 15 mindən artıq kitab var. Bunlardan 2467-si rus, 972 – si ingilis, 8248-i isə azərbaycan dilində çap olunan ədəbiyyatlardır. Kitabxanaçı Hürüyə Sultanova deyir ki, uşaqlar əsasən fantastik janrda yazılan ədəbiyyatlara üstünlük verir. Artıq fəal oxucular, kitabxananın xidmətlərindən istifadə edərək maraqlı kitablar mütaliə ediblər. Bu ilin səkkiz ayı ərzində 1463 oxucu kitabxananın xidmətlərindən yararlanıb.