Əyləncəli oyunların uşaqlara hansı faydası var?

24 2019 14:19

Uşaqları əyləncəli oyunlarsız təsəvvür etmək mümkün deyil. Xüsusilə də bağça yaşlı uşaqları. Fidanlar əyləncəli oyunlar vasitəsilə ünsiyyətdə olurlar, həmçinin yaradıcılıq qabiliyyətiləri formalaşır. Bu baxımdan əyləncəli oyunların uşaqların inkişafında rolu olduqca böyükdür.Bağça yaşlı uşaqların yaşı az olduğu üçün onlar tez-tez yorulurlar. Bunun üçün onların əyləncəli oyunlara ehtiyacı olur. Burda onlar müxtəlif fiqurlardan maketlər hazırlayırlar. Tapmaca və əl oyunları oynayırlar. Tərbiyəçi Mehriban Səfərəliyeva deyir ki, bağça yaşlı uşaqlar tez yorulur. Ona görə də bağçada uşaqlara hər gün 20-25 dəqiqə əyləncəli oyunlar keçilir. Əyləncəli oyunlar zamanı uşaqların sərbəst olmasına şərait yaratmaq lazımdır. Çünki, belə olduğda onlar öz bacarıqlarını daha yaxşı göstərə bilirlər.