Məktəblilər nümunəvi addım atıblar

24 2019 14:24

Xaçmaz rayonunun Əhmədoba kəndində yaşayan məktəblilər nümunəvi addım atımlar. Belə ki, uşaqlar yay tətilində kənd kitabxanasında sıradan çıxan ədəbiyyatları  bərpa ediblər. Mütaliə həvəskarları  kitabların cırılan  və qopan vərəqlərini yapışdırıblar. Onlar  ədəbiyyatları qismən də olsa əvvəlki vəziyyətinə qaytarıblar.Kitabları bərpa etmək elə də çox vaxt aparmır. Bunun üçün sizə yapışqan, vərəq və qayçı  lazımdır. Əhmədoba kənd kitabxana filialının müdiri Gülnarə Osmanova deyir ki, hər il belə nümunəvi tədbirlər keçirilir. Fəal oxucuların köməyi ilə yararsız hala düşən kitabları bərpa olunur. Dostlar, çalışın kitabları səliqəli istifadə edin. Çünki, həmin ədəbiyyatlardan onlarla məktəbli yararlanır.