Məktəblərdə STEAM layihəsinin tətbiqinə başlanılıb

24 2019 14:30

Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb.  STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm, Texnologiya, Mühəndislik, İncəsənət   Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Tədris aparan 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edib.STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqi şagirdlərə göstərilir. Layihə ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və gələcək tədbirlər barədə məlumatlar yerləşdirilir.