Dünya Uşaq Rəsm Müsabiqəsində ikinci yeri tutan Kənan Arzumanov

25 2019 12:40

Bir neçə gün öncə sevindirici xəbər aldıq. Belə ki, rəssam dostumuz Kənan  Yaponiyada baş tutan "Sənin xəyalının avtomobili-2019" adlı Dünya Uşaq Rəsm Müsabiqəsinin qalibi olub. Onun bu uğuru hamımızı sevindirdi. Xəbəri eşitcək Kənanın görüşünə gəldik. O, beynəlxq müsabiqədə ikinci yerə layiq görülüb. Məktəbli 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc tərtibatçı rəssamlar” dərnəyinin  üzvüdür. Müsabiqəyə 86 ölkədən 100 minə yaxın rəsm təqdim olunub. Onların arasından 30 ən yaxşı əl işi seçilərək təşkilatçılar tərəfindən mükafatlandırılıb.Kənanın gələcəklə bağlı böyük planları var. 8 yaşlı rəssam dostumuz bu uğurla kifayətlənmək niyyətində deyil. O, növbəti müsabiqələrə  hazırlaşır.