“Neftçi” uşaq futbol klubu

25 2019 12:55

Bu gün “Neftçi” Futbol Akademiyasının qonağıyıq. Azərbaycanda uşaq futbolunun inkişafından danışacıq. Dostlarımız peşəkar futbolçu olmaq üçün yorulmadan məşq edirlər. Bəs yaxşı oyunçular yetişdirmək üçün hansı işlər görülür? Hazırda U-12 və U-13 komandalarının məşq prosesini izləyirik. Futbolçu dostlarımız qatıldıqları yarışlarda qalibiyyət əldə etdikcə bu idman növünə maraqları daha da artır. Hər mövsüm başlamazdan öncə bütün zonalar üzrə təlim prosesi həyata keçirilir. Regionlarda olan komandalar da bura cəlb olunur. Yarışlar iki formatda təşkil olunur. Bu ildən etibarən U-9 liqasına start veriləcək.İlk olaraq Bakı ,Sumqayıt və Gəncə şəhərlərində keçirilməsi planlaşdırılır.  Biz də futbolçu dostlarımıza uğurlar arzulayırıq.