Rəssam dostumuz Nihad Əliyevi tanıyaq

26 2019 12:26

Bu süjetimizdə sizə rəssam dostumuz Nihad Əliyevdən danışacayıq. O, 2010-cu ildə Bakı şəhərində anadan olub. Nihadın sağlamlığında problemlər olsa da, bu onu ruhdan salmır. Boş vaxtlarında ən sevimli məşğuliyyəti olan rəsm çəkməklə məşğul olur. Dostumuz əlvan rəngləri çox sevir. Bunu çəkdiyi rəsmlərdə də əks etdirir. Rəsmlə məşğul olmaq Nihada müsbət enerji verir. Rənglərlə iş onu sakitləşdirir və aktiv həyat tərzi keçirməyinə kömək edir. Nihadın ən böyük arzusu  sağalmaqdır. O, gələcəkdə tanınmış rəssam olmaq istəyir.