Atların maraqlı xüsusiyyətləri nədir?

27 2019 18:06

İnsanlar ta qədim zamanlardan minik və yük daşımaq işində atlardan istifadə ediblər. Onlar sadiq ev heyvanlardır. Sədaqətli atlar sahiblərini heç bir zaman tərk etməzlər. Bu gün dostlarımız İbrahim və Nərgiz atlarla yaxından tanış olub, onlar haqqında öyrəndikləri məlumatları bizimlə bölüşəcəklər. Atların iybilmə qabiliyyətləri yüksək səviyyədədir. Onlar görmə qabiliyyətlərini itirsələr belə, iy bilmə qabiliyyətləri sayəsində istənilən məsafəni qət edə bilirlər. Qoxu əsasında sahibini  tanıyır, tövlənin, yəhərin yerini rahatca müəyyən edirlər. Atların maraqlı xüsusiyyətlərindən biri də ayaq üstə yatmalarıdır. Bəs necə olur ki, ayaq üstə yatarkən yıxılmırlar? Çünki ayaq sümüklərinin kilidlənmə xüsusiyyəti var. Bunun sayəsində atlar həm  ayaq üstə yatır, həm də çox ağır yükləri daşıya bilirlər. Dostlar, atlardan qorxmaq lazım deyil. Amma onlarla davranışda bəzi qaydaları bilmək vacibdir.Atlar təlimə tez uyğunlaşan heyvanlardır. Onlardan müxtəlif sahələrdə istifadə olunur.