Şagirdlər yay tətilində sinif otağı üçün maraqlı əl işləri hazırlayıblar

26 2018 11:14

Şabran rayonu, Şahnəzərli kənd tam orta məktəbinin 9-cu sinif şagirdləri hər il yay tətilində maraqlı əl işləri hazırlayırlar. Məktəblilər bu il də ənənəyə sadiq qalıblar. Dostlarımız tətildə iplərdən müxtəlif aksesuarlar toxuyub, taxtadan maketlər hazırlayıb və rəsmlər çəkiblər.  Məktəblilərin məqsədi təbiətə atılan tullantıların qarşısını almaq, onları yenidən istifadəyə yararlı etməkdir. Müəllim Bənövşə Bağıyeva deyir ki, şagirdlərə tətildə bu kimi tapşırıqlar verərək onların istedadını üzə çıxarır. İstedadlı dostlarımız hazırladıqları əl işlərindən ibarət sərgi təşkil etmək istəyirlər.