Uşaqlarda dəmir çatışmazlığı nədən yaranır?

30 2019 10:28

Dəmir uşaq orqanizmi üçün faydalı elementlərdən biridir. Dəmir çatışmazlığı uşaqlarda zəka geriliyinə, yorğunluğa və iştahsızlığa səbəb olur. Onun əsas səbəbi kimi vaxtı ilə körpələrin ana südü ilə normal qidalanmaması durur.Dəmir çatışmazlığının digər bir səbəbi isə uşaqların gigiyenik normalara riayət etməməsidir. Həmçinin uşaqlarda olan qurd xəstəlikləri, düzgün qidalanmamaq da bu məsələdə mühüm rol oynayır.Bəs dəmir çatışmamazlığını aradan qaldırmaq üçün nələrə diqqət etmək lazımdır?Qidaların tərkibində həddən artıq dəmir qəbulu da əks təsir göstərə bilər. Belə ki, normadan artıq dəmir qəbulu uşaqlarda qəbzlik, halsızlıq, qusma və mədə ağrısı kimi xoşagəlməz hallara yoll aça bilər