Qızlardan ibarət futbol komandası zona yarışlarında uğur qazanıb

30 2019 10:32

Xaçmaz rayonunun, Üçkün kəndində bir ildir ki, qızlardan ibarət futbol komandası fəaliyyət göstərir. Komandanın heyyəti 13-16 yaşlı qız futbolçulardan təşkil olunub. Futbol komandası məktəb, rayon və region yarışlarında güclərini sınayırlar.Futbol komandasının yaradılmasında məqsəd qızlar arasında bu idman növünü populyarlaşdırmaqdır. Həmçinin milli komanda üçün gənc futbolçular yetişdirməkdir. Futbol məşqləri həftədə üç dəfə aparılır.Komandanın heyyətinə təcrübəli futbolçularla bərabər, yeni oyunçular da qatılıb.Futbol komandası ötən il zona yarışında 4 yerə layiq görülüb. Qarşıda oyunçuları Azərbaycan çempionatı gözləyir.