Ənənəvi Respublika Folklor Müsabiqəsinin seçim turu keçirilib

30 2019 16:25

Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət mərkəzində keçirilib. Seçim turuna 20-yə yaxın kollektiv qatılıb. Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını təmsil edən folklor qrupları maraqlı təqdimatlarla çıxış ediblər. Seçim mərhələsində məktəblilər də öz istedadlarını nümayiş etdiriblər. Kollektivlərin çıxışlarını Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Dövlət Mahnı və Rəqs Ansamblının nümayəndələrindən təşkil olunan münsiflər heyəti qiymətləndirir. Seçim turunda fərqlənən kollektivlər Ənənəvi Respublika Folklor Festivalında çıxış etmək imkanı qazanacaq.Seçim mərhələsi böyüklər və uşaqlar olmaqla 2 kateqoriya üzrə aparılır. Qalib gələn uşaqlar sonda  mükafatlandırılacaq. Festivalın təşkilində məqsəd Azərbaycan xalq yaradıçılığını yaşatmaq və  inkişafına dəstək olmaqdır.Sentyabrın 17-dən start götürən seçim turları oktyabrın 31-dək davam edəcək və ölkəmizin bütün regionlarında təşkil olunacaq.