VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir

30 2019 16:31

Sərgi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin  650 illiyinə həsr olunub. Sərgi çərçivəsində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən  “Hər uşağın nağıl payı” adlı tədbir təşkil edilib. Brayl əlifbası ilə nəşr olunan və jest dilinə tərcümə edilən elektron kitabların təqdimatı keçirilib. Kitab yarmarkası 3 gün davam edəcək. 81 yerli və 40 xarici nəşriyyat, kitab evi və digər qurumlar tərəfindən yeni, maraqlı ədəbiyyatlar sərgilənəcək. Mütaliə həvəskarları istədikləri kitabları buradan əldə edə bilərlər.