Uşaqlar Qəçrəş kəndinə ekskursiya ediblər

30 2019 16:34

Qəçrəş kəndi dəniz səviyyəsindən təxminən 860 metr yüksəklikdə yerləşir. Kənd Böyük Qafqaz dağlarının yamacında, Qudyalçayın sağ sahilində qərar tutub.Qəçrəşə gedən yolun kənarında milli mətbəximizin ləziz təamları bişirilir. Bu təamlardan dadmadan keçmək olmur. Qəşrəşdə turistlərə kirayə evlər təklif olunur. Bura gələn qonaqların əksəriyyəti kənddə bir neçə gün dincəlirlər. Qəçrəşin təmiz havası, füsünkar təbiəti turistləri özünə cəlb edir. Qəçrəş kəndinə hər il Rusiya, Ukrayna, Gürcüstan, BƏƏ, Səudiyyə Ərəbistanı və digər ölkələrdən çoxlu sayda turist axın edir.