Dərsliklərin çəkisinin azaldılması məqsədi ilə yeni kitablar hazırlanıb

01 Oktyabr 2019 11:19

Dərsliklərin çəkisinin azaldılması məqsədi ilə aşağı sinif şagirdləri üçün yeni dərs kitabları hazırlanıb. Belə ki, "Azərbaycan dili” və "Riyaziyyat” dərslikləri ikihissəli tərtib edilib. Bəzi məktəblərdə istifadəyə verilən bu dərsliklərin I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub.Məktəblilər hər gün az qala öz çəkisinin yarısına bərabər kitab yükünü çiynində daşıyır. Bu da bir çox uşaqlarda onurğa əyriliyinə səbəb olur. Hər fənnə aid kitab, dəftər, test tapşırığı, iş dəftərləri, eləcə də digər dərs ləvazimatları, yemək və su məktəbli çantasına yığılır. Nəticədə çanta məktəbli üçün ağır yükə çevrilir.Təhsil eksperti Kamran Əsədov isə  dərsliklərin məktəblilərə iki komplektdə paylanılmasını və birinin evdə, digərinin məktəbdə qalmasını təklif edir.Ekspertlər onu da məsləhət görürlər ki, qavraması çətin olan, o qədər də əhəmiyyəti olmayan ağır mövzular dərsliklərdən çıxarılsın ki, kitab yüngülləşsin.