Xaçmaz MRK-nın Uşaq şöbəsi sağlamlıq imkanları məhdud oxucuların qonağı olublar

01 Oktyabr 2019 11:25

Xaçmaz Mərkəzi rayon Kitabxanasının Uşaq şöbəsi sağlamlıq imkanları məhdud oxucuların qonağı olublar. Onlar dostumuz üçün səyyar kitabxana təşkil ediblər.Daha sonra mütaliə həvəskarları maraqlı şeirlər oxuyub, səhnəciklər nümayiş etdiriblər.Kitabxananın müdiri Günay Məsimova deyir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların özünə qapanmaması, savadlanması üçün mütaliənin rolu böyükdür. Səyyar kitabxananın təşkilində məqsəd bu cür uşaqları kitab oxumağa həvəsləndirməkdir. Xaçmaz Mərkəzi rayon Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları bu cür aksiyaları mütəmadi təşkil etmək niyyətindədir.