Zirə Mədəniyyət Mərkəzi-Ekoparkına ekskursiya

01 Oktyabr 2019 11:27

Bu gözəl məkan Zirə Mədəniyyət Mərkəzi - Eko Parkıdır. Zirə Mədəniyyət Mərkəzi və Eko Parkı 2015-ci ildə fəaliyyətə başlayıb. Ərazinin ümumi sahəsi 10 hektardır. Burada yaşıllıq zolaqları salınıb. Parkda dekorativ şam, şabalıd, mavi sərv, sürünən küknar kolları, qızılgül, yaşıl taflan, çobanyastığı, çin qızılgülü kimi bəzək gülləri, növbənöv sarmaşıqlar əkilib. Daş palıd zolağı və çinar zolağı xüsusilə seçilir.Uşaqlar bu məkanı çox sevirlər. Burada vaxtlarını maraqlı keçirirlər. Mərkəzdə  fəaliyyət göstərən dərnəklərdə təbiət haqqında bilmədiklərini  öyrənir, bacarıqlarını inkişaf etdirirlər.Parkda maraqlı attraksionlar və əyləncə məkanları da var.Ərazidə 25 növdə ekzotik quş saxlanılır. Gələcəkdə bura başqa heyvan və quşların gətirilməsi planlaşdırılır.