Suyun xassələri hansılardır?

02 Oktyabr 2019 12:19

Su canlıların yaşaması üçün vacib olan mayedir. Planetimizin böyük hissəsi- təqribən 71 faizi su ilə örtülüdür. Bu suyun yalnız 3 faizi təmiz və içməlidir. Su şəffaf və rəngsiz maddədir.Onun kimyəvi tərkibinə nəzər salsaq su molekulu 1 oksigen və iki hidrogen atomundan ibarətdir. Kimyəvi formulu H2O-dur. Biz bu gün suyun xassələri haqqında öyrənəcəyik. Suyun donma və qaynama tempraturu başqa maddələrlə müqayisədə fərqlənir. Onun adi şəraitdə donma temperaturu 0°S, qaynama temperaturu isə 100 dərəcə S dir. Suyun səthi gərilməsidə başqa mayelərinkindən xeyli böyükdür..Elə bu səbəbdən də bəzi həşəratlar suyun səthində  sərbəst gəzərək batmırlar.Su üç halda-bərk, maye və qaz halında ola bilən yeganə maddədir. Canlılar üçün suya tələbat oksigenə olan tələbatdan sonra ikinci yerdə durur. İnsan qidasız təxminən altı həftə, susuz isə cəmi 5-7 sutka yaşaya bilər. Orqanizmimizin gümrah olması üçün gün ərzində təmiz su içməliyik.