Uşaqlar üçün payız ayaqqabısı necə seçilməlidir?

28 2018 09:03

Düzgün ayaqqabı seçimi məktəblilərin sağlamlığı üçün vacibdir. Bu gün dostumuz Ramal da ayaqqabı almaq üçün atası ilə birlikdə mağazaya üz tutub.Mağazada çeşid çox olduğu üçün Ramal seçim etməlidir. Daha keyfiyyətli və rahat  ayaqqabı almaq lazımdır. Ayaqqabı ustası Bəhruz Lətifov deyir ki, uşaq ayaqqabısı alan zaman ilk olaraq onun keyfiyyətli materialdan, xüsusən də dəridən hazırlanmasına fikir vermək lazımdır. Ayaqqabının altlığı yumşaq, dabanı orta hündürlükdə  olmalıdır.Övladınıza ayaqqabı seçən zaman çalışın rəngi də uşağın ürəyincə olsun.  Bu zaman balacalar özlərini daha xoşbəxt hiss edirlər.