Yol hərəkəti qaydaları ilə bağlı nələri bilməliyik?

02 Oktyabr 2019 12:31

Hər bir məktəbli öz təhlükəsizliyi üçün yol hərəkəti qaydalarını bilməlidir. Çünki, hər gün yollardan keçməklə müxtəlif istiqamətlərə gedirik. Kiçik bir diqqətsizlik, səhv hərəkət xəsarət almağımıza səbəb ola bilər.Məktəbə və digər yеrlərə gеdib gələrkən səki ilə hərəkət еtməliyik. Yolu keçərkən yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməliyik. İşıqforla tənzimlənən yolda bu qurğunun işarələrinə görə hərəkət etməliyik. Qırmızı işıq dayan, sarı hazırlaş, yaşıl isə keç deməkdir. Əgər yaxınlıqda piyada keçidi yoxdursa sağa, sola diqqətlə baxıb avtomobillərin uzaqda olduğuna əmin olandan sonra keçmək lazımdır. Həmidə müəllimə deyir ki, dərslərdə mütəmadi olaraq məktəblilər yol hərəkəti qaydaları haqqında məlumatlandırılır. Avtomobildə gеdərkən qolumuzu, başımızı pəncərədən çıхarmamalıyıq. Avtobusa minərkən və avtobusdan düşərkən onun tam dayanmasını göz­lə­mə­liyik. Düşdükdən sonra yolu keçmək istəyiriksə, avtobusun  arxasından keçməliyik.