Quba Uşaq Günərzi Qayğı Mərkəzi

03 Oktyabr 2019 12:26

Quba şəhərində fəaliyyət göstərən Uşaq Günərzi Qayğı Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılıb. Mərkəzə, tək valideynli, hər iki valideynini itirən və sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunub.Mərkəzdə uşaqların bilik və bacarıqlarının artırılması üçün dərs məşğələləri təşkil olunur, rəsamlıq və digər dərnəklər fəaliyyət göstərir.  Uşaqların asudə vaxtının səmərəli keçirməsi üçün mütəmadi olaraq, intelektual oyunlar, ekskursiya və gəzintilər təşkil edilir. Uşaq Günərzi Qayğı Mərkəzinin xidmətlərindən 3 yaşdan 12 yaşadək olan uşaqlar yararlanır. Hazırda mərkəzə 30 uşaq cəlb olunub. Burda azyaşlıların qidalanması da təmin olunur.Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixoloji testlər və məsləhət saatları da təşkil edilir.