Məktəbəqədər hazırlıq qruplarında məşğələlər başlayıb

03 Oktyabr 2019 12:32

Bir neçə gündür dövlət ümumtəhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Hazırda Bakı şəhər 286 nömrəli məktəbdəyik. Burda dostlarımızla həmsöhbət olub onların məşğələləri ilə tanış olacayıq. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların növbəti il tədrisə hazırlıqlı başlaması, dərslərə öncədən alışması, eləcə də onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır. Məktəbəhazırlıq qrupları həftənin 4 günü fəaliyyət göstərir. Uşaqlara gün ərzində 3 məşğələ keçilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqədir. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçilir. 2019-2020-ci tədris ilində ölkəmizdə 5 yaşlı uşaqların 90 faizi məktəbəhazırlıq qruplarında məşğələlərə cəlb olunub.