Polietilen torbaların ətraf mühitə hansı zərərləri var?

03 Oktyabr 2019 12:38

Gündəlik alış-veriş zamanı əksəriyyətimiz polietilen torbalaradan istifadə edirik. Uşaqlar məktəbə, gəzintiyə gedərkən qidanı çox vaxt sellofan torbada aparırlar. Amma çoxumuz bu torbaların zərərlərindən xəbərsizik, ya da xəbərimiz var o qədər də önəmsəmirik.Sellofan torbalar kimyəvi tərkiblidir. Bu torbaların içərisinə çörək, ət, yağ və digər ərzaq məhsulları qoyulduqda onlar həmin torbalarla kimyəvi reaksiyaya girir. Bu reaksiya kənardan adi gözlə baxdıqda hiss olunmur. Sellofan torbalardan nə qədər çox istifadə olunarsa, sağlamlıq üçün təhlükə riski də bir o qədər  artır. Bir çox ölkələrdə polietilen torbalardan istifadəyə məhdudiyyət qoyulub. Onların əvəzinə parça, qismən də kağız torbalardan istifadə olunur. Məktəbli dostlarımız sellofan torbalardan istifadəni azaltmaq üçün parçadan çantalar hazırlayırlar.Dostlar, siz də çalışın gündəlik həyatınızda polietilen torbalardan istifadəni məhdudlaşdırasınız. Bununla həm sağlamlığınızı təhlükələrdən qoruyarsız, həm də təiətə atılan zərərli tullantıların qarşısını almış olarsınız.