Cizgi film qəhrəmanlarının rəsmlərini çəkən məktəbliləri tanıyaq

04 Oktyabr 2019 15:46

Dostlarımız Zəhra, Gülnar və Mahirə asudə vaxtlarını rəsm çəkməklə keçirirlər. İstedadlı məktəblilər əsasən cizgi filmi qəhrəmanlarının rəsmlərini canlandırırlar. Bununla uşaqlar nağıl və animasya filmi qəhrəmanlarına olan sevgilərini nümayiş etdirirlər.Məktəblilər günün bir saatını rəsm çəkməyə həsr edirlər. Həm milli cizgi filmi personajları, həm də xarici nağıl qəhrəmanlarının rəsmlərini çəkirlər. Mahirə isə rəssamlığa yeni başlayıb. O, da dostlarından geri qalmamaq üçün öz üzərində çox çalışır.İstedadlı dostlarımız əl işlərini təhsil aldıqları məktəbdə sərgiləmək niyyətindədirlər.