Cüdo üzrə Beynəlxalq turnirdə qızıl medal qazanan məktəbli

04 Oktyabr 2019 15:49

İdmançı dostumuz  Rufiz Əliməmmədov Gürcüstanda keçirilən cüdo üzrə beynəlxalq turnirdən vətənə qızıl medalla qayıdıb. O, üç erməni, bir gürcü idmançını məğlub edərək birinci yeri tutub. Rufiz üç ildir ki, cüdo ilə məşğuldur. Məşqçi Vaqif İsmayılov yetirməsinin nəticələrindən razıdır. Müxtəlif yarışlarda gücünü sınayan idmançı bu vaxta qədər 20 qızıl, iki gümüş, iki bürünc medal qazanıb.