Uşaqlar sahibsiz heyvanların saxlandığı sığınacağa gedib

05 Oktyabr 2019 12:18

Heyvansevər uşaqlar burada itlərin yaşam tərzi, onlara necə qulluq edilməsi  ilə yaxından tanış olublar.Heyvanlar parkında 90 sahibsiz it saxlanılır. Sığınacağda alman qoyun iti, çoban iti, pitbul cinsinə aid və adi küçə itləri var.Dostlarımız buradakı itlərdən birinə sahibləndilər. Onlar üç aylıq balaca iti saxlamaq üçün özləri ilə götürdülər.Sığınacağın əməkdaşı Cəbrayıl Əspəndiyev deyir ki, itlər burada yemlənir və heyvanlara baytarlıq xidməti göstərilir. Bu il ərzində təxminən 10 it sahibləndirilib. Dostlar unutmaq olmaz ki, heyvanlar təbiətin ayrılmaz parçasıdı.  Onları qorumaq hər birimizin borcudur.