Velosipedə qulluq qaydaları

05 Oktyabr 2019 12:25

Velosiped sürərkən bu nəqliyyat vasitəsi üçün ayrılmış xüsusi zolaqlarla hərəkət etmək lazımdır. Uşaqların velosiped yürüşü üçün stadion və parklar daha təhlükəsiz məkanlardır. Velosiped  sürərkən qulaqcıqla musiqi dinləmək və ya radioya qulaq asmaq məsləhət deyil. Çünki bu yolda baş verənlərdən sizin diqqətinizi yayındıra bilər. Velosiped sürən uşaqların ürək-damar sistemi və qan dövranı yaxşı çalışır. Araşdırmalar zamanı velosiped sürənlərin müntəzəm qaçışla məşğul olan insanlardan daha sağlam olduğu sübut edilib.Dəmir ata düzgün qulluq etmək lazımdır ki, səni yarı yolda qoymasın. Velosipedin zəncirinə və tıxaclarına çökmüş tozu vaxtlı-vaxtında silmək lazımdır. İşlək detalların sıradan çıxmasının qarşısını almaq üçün mütəmadi olaraq  onları  yağlamalıyıq.Hazırda dünyada yarım milyarda qədər velosiped mövcuddur. Bir sıra  ölkələrdə insanlar bu nəqliyyat vasitəsindən kütləvi şəkildə istifadə edirlər.  Kiçik ölçüsü, aşağı qiyməti və yanacağa ehtiyacının olmaması velosipedin geniş istifadəsinin əsas səbəblərindəndir.