5 yaşa qədər uşaqlar hansı idman hərəkətləri edə bilər?

08 Oktyabr 2019 11:31

Gördüyünüz dostlarımız idmanı çox sevirlər. Onlar bağçada həftədə iki dəfə idmanla məşğul olurlar. Bununla yanaşı hər səhər yuxudan duranda evdə də gimnastik hərəkətlər edirlər. Bağçanın idman zalında balacalara yürüş, qaçış, tullanma, və topla hədəfləri vurma idman oyunları keçilir. Uşaqlar burda bacarıqlarını nümayiş etdirirlər. Hər biri idman məşğələsində həvəslə iştirak edir.Tərbiyəçi Nargül Atluxanova deyir ki, bağça yaşlı uşaqların idmanla məşğul olması onların sağlamlığı və inkişafı üçün çox əhəmiyyətlidir. İdman sağlamlıqla bərabər, balacalarda bir sıra müsbət keyfiyyətlər formalaşdırır. Bağça yaşlı uşaqların idmana marağını artırmaq üçün evdə onlarla yüngül gimnastik hərəkətlər edin.