Xaçmazda Müəllimlər Günü qeyd olunub

08 Oktyabr 2019 11:55

Əvvəlcə bu suala cavab tapmağa çalışaq ki, uşaqlara ikinci dil neçə yaşından öyrədilməlidir. Mütəxəssislərin tövsiyəsinə görə uşaqlara xarici dilin öyrədilməsi üçün daha uyğun vaxt 5 yaşdır. Çünki, bu dönəmə kimi balacalar ana dilini öyrənirlər. Bundan sonra artıq xarici dil mənimsəmək onlar üçün asandır.İngilis dili müəllimi Tanzella Məmmədova deyir ki, xarici dili uşaqlara öyrədən zaman onların maraq dairəsini nəzərə almaq lazımdır. Öyrənmə prosesini əyləncəli təşkil etdikdə balacalar daha yaxşı qavrayırlar. Yüksək səslə kitab oxumaq, nağıl və hekayələr danışmaq, şeir söyləmək və mahnı oxumaq xarici dili daha yaxşı mənimsəməyə kömək edir.Uşaqlar səhv etməkdən çəkinmədikləri zaman daha yaxşı öyrənirlər. Xarici dildə söhbət zamanı tez-tez balacaların səhvlərini düzəltməyə çalışmayın. Onlara müəyyən qədər sərbəstlik verin.Əyləncəli oyunlar oynamaq, xarici dildə cizgi filmi və videoçarxlar izləmək dil biliklərini artırmaq və inkişaf etdirmək üçün  faydalı üsullardır.