Balaca toxucu Zəhranı tanıyaq

09 Oktyabr 2019 12:36

Zəhranın 9 yaşı var. O, 4 yaşından anası ilə birlikdə xalça toxuyur. Xalılara ilmə vurmaq asan olmasa da dostumuz bu işdə çox bacarıqlıdır. Xalçaçılıq sənətinin sirləri çoxdur. Zəhra bu işin incəliklərini anası Zərnişandan öyrənərək günü-gündən bacarıqlarını artırır.İstedadlı dostumuz öz həmyaşıdlarına  “Açma-yumma” xalçasının toxunma qaydasını öyrətdi.   Məktəbli hazırda Ağgül xalçası üzərində işləyir. Bu Qubaya məxsus qədim xalça növüdür.Zəhra gələcəkdə Qarabağ, Şəki və Şirvan bölgələrinə məxsus xalıların toxunmasını da öyrənmək istəyir.