Mobil telefonların uşaqlara hansı zərərləri var?

09 Oktyabr 2019 12:38

Müasir dövrdə mobil telefon həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Düzdür, telefonla uzaqda olan valideynlərimizlə, dostlarımızla əlaqə saxlayırıq. Amma bir çox uşaqlar üçün bu cihaz daha çox əyləncə, oyun vasitəsidir. Hətta valideynlər bəzən balacaları “sakitləşdirmək”  üçün onlara mobil telefon verir. Bəs görəsən məktəblilər telefondan ən çox nə üçün istifadə edir?Mütəxxəsislər bildirir ki, uşaqlar telefonla çox təmasda olan zaman radiasiyanın təsirinə məruz qalır. Bu da zamanla müxtəlif orqanların fəaliyyətinin  pozulmasına səbəb olur. Uzun müddət telefona baxmaq görmə zəifliyi yaradır. Bəs uşaqları bu cihazdan necə uzaqlaşdırmaq olar?Valideynlər uşaqlarla əyləncəli oyunlar, gəzintilər təşkil etməklə, mütaliəyə həvəs yaratmaqla onları mobil telefondan az istifadə etməsinə nail ola bilərlər.