Talassemiyanın əlamətləri nələrdir?

10 Oktyabr 2019 12:26

Talassemiya uşaqlarda anadangəlmə xəstəlikdir. Bu xəstəlik valideynlərdən uşağa gen vasitəsilə keçir. Talassemiya qanda olan hemoqlobin sintezinin pozulması zamanı əmələ gəlir. Bu xəstəliyin daşıyıcısı olan uşaqlar halsız və iştahasız, onların dərisinin rəngi solğun olur.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə var. Ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkənlərin sayı az deyil. Hər il Azərbaycanda 200-dən artıq uşaq talassemiyalı doğulur.Talassemiya xəstəliyinə tutulmuş uşaq əgər düzgün və vaxtlı-vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç nə ilə seçilməyəcək. Onlar üçün ən əsas olan bizim diqqət və qayğımızdır.