Turnikdə gimnastika hərəkətləri etməyin hansı faydaları var?

10 Oktyabr 2019 12:29

Rüstəm altı aydır ki, turnik məşğələləri ilə məşğul olur. İlk başlanğıcda turnikdə 5-6 dəfə dartınan idmançı  hazırda bu göstəricini 17 dək artırıb.Turnikdə dartınmazadan əvvəl yüngül gimnastik hərəkətlər etmək lazımdır. Bu sizi əzələ dartınmasından qoruyacaq. Həmçinin turnikdə daha sərbəst hərəkət edə biləcəksiz.Turnik hərəkətləri uşaqların sağlamlığına müsbət təsir göstərir. Məşqçi Ramin Nəcəfov deyir ki, müntəzəm olaraq turnikdən sallanan uşaqların onurğası düz inkişaf edir. Yaxşı olar ki, uşaqlar gündə 10-15 dəqiqə turnikdə gimnastik hərəkətlər etsinlər. Bu qan dövranının yaxşılaşmasına da  müsbət təsir göstərir