Uşaqlar gün ərzində neçə saat televizora baxa bilər?

10 Oktyabr 2019 15:03

Bir vaxtlar onu sehirli qutu da adlandırırdılar. Uşaqlar sevimli cizgi filmlərini, əyləncəli verilişləri məhz televizor vasitəsi ilə izləyirlər. Hətta məktəbdən gələn kimi ilk olaraq televizor izləməyə can atırlar. Bəzən dostlarımız saatlarla ekran qarşısından ayrılmırlar.  Bu isə sağlamlığımız üçün zərərlidir. Həkim İbrahim Məmmədəliyev deyir ki, yaxın məsafədən televizora baxan uşaqların gözlərində problemlər yaranır. Balacaların gözləri həssas olduğu üçün qızartılar, qaşınma və şişmə halları müşahidə olunur. Uzun müddət monitora baxanda göz diqqətlə bir nöqtəyə zillənir. Bu zaman gözlər daha az qırpılır.  Nəticədə göz quruluğu yaranır və görmə problemləri əmələ gəlir.İşıqsız otaqda, uzanan vəziyyətdə televizora baxmaq qəti məsləhət deyil. Ekran qarşısında 3 metrdən yaxın olmayaraq, üzbəüz istiqamətdə oturmaq lazımdır