Terminologiya Komissiyasının sədr müavini: ”Uşaqların ana dilini mənimsəməsində “ARB Günəş”in böyük əhəmiyyəti var”

28 2018 09:37

Tanınmış alim, filologiya elmləri doktoru Sayalı Sadıqova “ARB Günəş” in “Mən məktəbli ikən” telelayihəsində məktəb illərindəki xatirələrini bölüşüb. Sayalı Sadıqova 1960-cı ildə Göyçə mahalında -  ziyalı ailəsində anadan olub. Göyçə mahalı Cil kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakultəsində təhsilini davam etdirib. Verilişdə ilk dərs gününü xatırlayan alim bildirib ki, həmin gün birinci partada əyləşib, lakin ibtidai sinif müəllimi boyu digər şagirdlərdən uca olduğuna görə onu  ikinci sıraya keçirib. Bu səbədən  ilk müəllimindən inciyib. Sayalı xanım məktəb illərində ədəbiyyata, mütaliəyə böyük maraq göstərib. “Bizim evimizdən kitabxana müdirinə tapşırılmışdı ki, mənə  kitab verilməsin çünki, gecə səhərə qədər oxuyurdum və valideynlərim düşünürdü ki, gözlərim zəifləyə bilər”.   Sayalı Sadıqovqa  bildirib ki, “ARB Günəş” i izləyir və  bu kanalın uşaqların ana dilini mənimsədilməsində böyük əhəmiyyəti var. “Şagirdləri ilk növbədə vətənpərvər ruhda böyütmək lazımdır. Bunun üçün ilk növbədə çalışmaq lazımdır ki, onlar öz ana dilini sevsinlər, ana dilini yaşadırsansa deməli vətəninə layiq övladsan”. “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş”in efirində yayımlanır.