Uşaqların istedadını necə üzə çıxara bilərik?

11 Oktyabr 2019 10:53

Uşaqların zövqləri və maraqları fərqlidir. Məktəblilərin hansı fənlərə daha çox həvəs göstərdiyini öyrənərək, bacarıqlarını o istiqamətdə inkişaf etdirməyə onlara dəstək verə bilərik.Şagirdlərin istedadını üzə çıxarmaq üçün onların dərs çalışmalarını yaxından izləmək və bəzən də birgə işləmək lazımdır. İntellektual oyunlar da uşaqların bacarıqlarının üzə çıxarılmasında əhəmiyyətli rola malikdir.Maraqlıdır görəsən dostlarımız hansı fənləri daha çox maraq göstərirlər?Mütəxəssislər məsləhət görürlər ki, balacalarla səmimi söhbət, onun gələcəkdə hansı peşə sahibi olduğunu öyrənmək bu işdə sizə yardımçı ola bilər. Uşaqların istedadını inkişaf etdirmək üçün onların yeni fəaliyyətlərlə məşğul olmasına, istədikləri dərnəklərə üzv olmasına icazə vermək lazımdır.