Dərs ləvazimatlarını özümüz necə hazırlaya bilərik?

12 Oktyabr 2019 11:07

Məktəbli dostlarımız bəzi dərs ləvazimatlarını özləri hazırlayırlar. Onlar rəngli kağızlardan qələm qabı və digər ləvazimatlar düzəldirlər. Şagirdlər bu işə həvəslə yanaşırlar. Dərs ləvazimatlarının hazırlanmasına cəmi bir neçə dəqiqə vaxt sərf edirlər. Şagirdlər hazırladıqları əl işlərindən dərsdə yararlanırlar. Bu məşğuliyyət həm boş vaxtın səmərəli keçirilməsi üçün faydalıdır, həm də əlavə xərclərə qənaət etməyə imkan verir. Məktəblilər dərs ləvazimatlarının hazırlanma qaydasını özləri öyrəniblər. Bilmədiklərini isə bir-birlərindən öyrənirlər