Payızda yetişən meyvələrin hansı faydaları var?

12 Oktyabr 2019 11:09

Payız fəsillər içərisində bolluq, məhsul mövsümü kimi tanınır. Bu fəsildə alma, armud, üzüm,  nar, gavalı, heyva, xurma, zoğal və başqa meyvələr yetişir. Orqanizmi qışa hazırlamaq üçün payızda lazımi vitaminləri qəbul etmək lazımdır. Meyvə yemək immun sistemini gücləndirir.Meyvələr vitamin və minerallarla zəngindir. Nə qədər çox meyvə yesək, beynimizin hüceyrələri o qədəryaxşı inkişaf edər və yaddaşımız güclənər. Zərərli meyvə yoxdur. Lakin uşaqlara sitrus meyvələri verərkən onların sağlamlıq durumu nəzərə alınmalıdır. Allergiyası olan uşaqlar sitrus meyvələrindən az-az yeməlidir.Uşaqlar meyvəni özləri dişləyib yesə daha yaxşı olar. Çünki bu zaman onların çənə əzələsi möhkəmlənir və dişlər ərpdən təmizlənir