Qubada bu il daha 3 kənd məktəbi internetlə təmin olunub

12 Oktyabr 2019 11:15

Müasir dövrümüzü kompütersiz təsəvvür etmək çox çətindir. Hər bir sahədə yeni texnologiyalardan istifadə olunur. Uşaqlarda kiçik yaşlardan müasir texnologiyalarla işləmək vərdişinin yaradılması dövrün tələbinə çevrilib. Bu səbəbdən məktəblərdə tədris olunan informatika fənninin böyük əhəmiyyəti var. Bura Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin informatika kabinetidir. Sinif otağı kompüterlərlə  təchiz olunub. Bu da şagirdlərin müasir texnologiyalardan yararlanması üçün imkan yaradır.İnformatika dərsində məktəblilər kompüterlərin iş prinsipini, proqramları öyrənir. İnternetdən dərslə bağlı məlumatlar, yeni biliklər əldə edirlər.İnformatika müəllimi Rövşən Zamanov deyir ki, məktəblərin kompüter və internet şəbəkəsi ilə təmin olunması tədrisin keyfiyyətinə  müsbət təsir göstərir. Nəticədə şagirdlərdə kompüterlə işləmə bacarığı formalaşır, onlar müasir texnlogiyaların imkanlarından yararlanırlar.Quba rayonunda 135 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Hazırda 54 məktəb internet şəbəkəsinə qoşulub. 2019-2020-ci il tədris ilində Çarxaçu, Muçu və Yerfi kənd məktəbləri datakart vasitəsilə internet şəbəkəsinə qoşulub.Rəqəmsal texnologiyalarla işləmək bacarıqlarının formalaşdırılması şagirdlərin gələcəkdə daha yaradıcı və savadlı yetişməsinə fayda verir