Qubada "Alma bayramı" keçirilib

15 Oktyabr 2019 12:28

Qubada 2012-ci ildən etibarən keçirilən “Alma bayramı” şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub. Bayram tədbirində şimal bölgəsində yaşayan azsaylı xalqların nümayəndələrinin, folklor qruplarının, idmançıların, cürbəcür almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş keçirilib.20 minə yaxın insanın iştirak etdiyi 6-cı alma bayramında adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirələr və digər məhsullar nümayiş etdirilib.Tədbirə qatılan qonaqlar festivalda təqdim olunan kompozisiyaları və stendləri maraqla izləyib, almadan hazırlanan təamlardan dadıblar.Sonda tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti təqdim edilib.