Arxeologiya nədir?

16 Oktyabr 2019 11:47

Bu gün məktəblilər arxeologiya elmi haqqında maraqlı məlumatlar öyrənəcəklər. Dostlar arxeologiya ilk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixini öyrənən elimdi.Arxeologiya elmi olmasa idi biz yaşadığımız ərazinin tarixini, burda hansı tayfaların məskunlaşdığını, nə işlə məşğul olduğunu öyrənə bilməzdik.Arxeoloji mənbələr öz xarakterinə görə xüsusi qruplara və növlərə bölünür. Əmək alətləri, silahlar, məişət əşyaları, inanc xarakterli əşyalar və Bəzək əşyalarına. Azərbaycanda arxeoloji abidələrinin tədqiqi isə 19 əsrin 30-50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlayıb. Tarix müəllimi Təranə Xudayarova deyi ki, hər bir şagird arxeologiya elmi haqqında bilgiyə sahib olmalıdır. Çünki, bu elm sayəsində biz nəyin ki, yaşadığımız ərazinin tarixini, həm də bütün dünyada yaşayan xalqların mədəniyyəti və məişəti ilə yaxından tanış oluruq. Dostlar arxeologiyamız çox zəngin və dəyərli yol keçib. Respublikamızın ərazsindən tapılan maddi-mədəniyyət nümunələri xalqımızın dünyagörüşünü və mədəniyyətini özündə əks etdirir.