Uşaq yazarı Gülzar İbrahimova: “Uşaqları acılamaqla yox, xoş sözlərlə başa salmaq lazımdır”

28 2018 09:44

“ARB Günəş”in yeni layihəsi - “Kiçikdən-böyüyə” verilişinin ilk qonaqları uşaq yazarı, azyaşlı oxucuların “Gülzar nənə” kimi tanıdığı  Gülzar İbrahimova və 8 yaşlı Leyla olub. Onlar müxtəlif mövzularda fikirlərini bölüşüblər. Gülzar nənə öz uşaqlıq illərindən, böyük olmağın asan və çətin tərəflərindən danışıb. O bildirib ki, uşaqlar kiçik yaşlarından yaxşı oxusalar, çətinliklərə baxmayıb zəhmətə qatlaşsalar uğur qazanacaqlarından əmin olsunlar. Yazıçı böyüklərə də uşaqlarla davranış mövzusunda tövsiyyələrini verib. ”Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”in efirində yayımlanır.