Aydın Süleymanlı şahmat üzrə dünya çempionatında qızıl medal qazanıb

16 Oktyabr 2019 11:55

Azərbaycanın  şahmat üzrə qazandığı uğurlara daha biri əlavə edilib. Yeniyetmə şahmatçımız Aydın Süleymanlı Hindistanın Mumbay şəhərində keçirilən dünya çempionatında ən yüksək titula sahib olub. O, 11 oyundan 7-sində  qələbə qazanıb. Ümumilikdə 9 xal toplayan Aydın bütün rəqibərini üstələyib. Sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion olub. Şahmatçımız qızıl medal, diplom və kubokla təltif olunub.Aydın 2005-ci ildə Bakı şəhərində anadan olub.  6 yaşından şahmatla məşğul olur. Gününün 6 saatını bu idman növünə həsr edir. 8  il ərzində yerli və beynəlxalq yarışlarda 30-dan çox kubok, 50-dən artıq medal qazanıb. Aydın Süleymanlı 28 oktyabr - 9 noyabr tarixində Türkiyənin Çorum şəhərində keçiriləcək Dünya Şahmat Olimpiadasında ölkəmizi təmsil edəcək. Biz də ona uğurlar arzu edirik.