Tanınmış müğənni Səyyad Əlizadə vətənpərvərlik mövzusunda hazırladığı albomu təqdim edib

16 Oktyabr 2019 12:01

Beynəlxalq Mətbuat Mərkəzində müğənni Səyyad Əlizadənin vətənpərvərlik mahnılarından və şerlərdən ibarət albomlarının təqdimat mərasimi keçirilib. Tədbirdə ictimai-siyasi xadimlər, qarabağ qaziləri, ziyalılar və incəsənət nümayəndələri iştirak edib. səsləndirib.Albomlarda 14 marş və qəhrəmanlıq mövzusunda yazılan şerlər yer alıb. Şeirləri qiraət ustası Ağalar Bayramov səsləndirib. Çıxış edənlər yeni nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində bu cür layihələrin əhəmiyyətli olduğunu vurğulayıblar.Təqdimat mərasiminin sonunda Qarabağ müharibəsi haqqında videoçarx nümayiş olunub və albomdakı mahnılardan bir neçəsi səsləndirilib.