Qubada mütaliə bayramı keçirilib

17 Oktyabr 2019 10:58

Mütaliə bayramında kitabsevər dostlarımız bir araya gəliblər. Quba rayonu, Paşoba kənd kitabxanasında toplaşan məktəblilər oxuduqları əsərləri və nağılları müzakirə edib, fikirlərini bir-biri ilə bölüşüblər.Uşaqlar mütaliə üçün kitabxanadan yeni ədəbiyyatlar götürüblər. Elə dostumuz Türkan da. O, ən fəal oxuculardandır. Məktəbli 100-ə yaxın kitab oxuyub. Kitabxanaya üzv olmayan məktəblilər də Mütaliə bayramında  qeydiyyatdan keçiblər. Onlar da bu gündən kitabsevərlərin sırasına qoşulublar. Sonda fəal oxuculara ədəbiyyatlar hədiyyə olunub.