Gözlərimizi necə qoruya bilərik?

17 Oktyabr 2019 11:02

Son vaxtlar uşaqlar arasında görmə problemləri daha çox müşahidə olunur. Dünyada görmə məhdudiyyəti olan insanların 19 milyonu uşaqlardır. Bu problem həm anadangəlmə olur, həm də sonradan yaranır. Bəs uşaqlar arasında göz xəstəliklərinin yayılmasının əsas səbəbləri nələrdir?Balaca uşaqların bir gözünü qırpması, əşyaları gözünə yaxın tutması, başını bir tərəfə əyərək baxması, gözlərini tez-tez ovuşdurması onun görməsində hər hansı problemin olduğundan xəbər verir. Bu hallarda  həkimə müraciət etmək lazımdır ki, problemin qarşısı vaxtında alınsın. Mütəxəssislər bildirir ki, vaxtında müayinə və müalicə etməklə görmə problemlərinin 80%-nin qarşısını almaq mümkündür.